Mədəniyyət Mübadiləsi Proqramı (CULTURE EXCHANGE PROGRAM)
Bizim mərkəzin tələbələri üçün ildə bir neçə dəfə mədəniyyət mübadiləsi proqramı təşkil olunur. Proqramın məqsədi tələbələrimizə İngilis dili biliklərini rəsmi və qeyri-rəsmi şəraitdə tətbiq etmək, xarici tələbələrlə görüşmək və mədəni təcrübə mübadiləsi etmək imkanı yaratmaqdır. İlk mədəniyyət mübadiləsi proqramı Gürcüstanın paytaxtı sayılan Tbilisi şəhərindəki Sulxan-Saba Orbeliani Universitetində 24 mart 2018-ci il tarixində keçirilmişdir. Mərkəzimizin tələbələri təhsil ocağında olmuş və Azərbaycan mədəniyyəti mövzusunda təqdimat nümayiş etdirmişlər.
2 iyun 2019-cu ildə Gürcüstandakı Sulkhan Saba Orbeliani Universitetinin tələbələri ilə birgə bizim məktəbli tələbələr Language Co-Working Centre tərəfindən İmadəddin Nəsimiyə həsr olunmuş Ədəbiyyata dair Konfransda iştirak etmişdilər.
2019-cu ildə 4-10 Avqust tarixində Language Co-working Centre tərəfindən Gürcüstanın Batumi şəhərində təşkil olunmuşdur.
Düşərgədə xüsusi tədris proqramı - İngilis dilində nitq və danışıq bacarığını təkmilləşdirmək üçün hazırlanmışdır.Bununla yanaşı tələbələr üçün İnteraktiv oyunlar, Breyn rinq, Məntiqi oyunlar və eləcədə əyləncə proqramı, Şəhər gəzintisi (City tour),Çimərlik, Karaoke/ Diskoteka, idman oyunları və s.təşkil olunub. Düşərgədə iştirakt edən heyət İngilis dili üzrə müəllimlər və təşkilatçılar idi.